Masallı rayon rəhbərliyi biganəliyə son qoyacaqmı?
Masallı rayonundan olan ictimai fəal Afər Cahangirov Prezident İlham Əliyevə müraciət edib. 7gun.org həmin müraciəti təqdim edir:Prezident cənab İlham Əliyevə
Müraciət
Hörmətli Prezident cənab İlham Əliyev!Qədim tarixi olan Ərkivan kəndi uzun illər Masallı rayonunun mərkəzi olmuşdur.1930-cu ildə ASSR-da rayonlaşma aparılarkən mərkəz funksiyası indiki Masallı şəhərinə verilmişdir.
22 may 2007-ci ildə qəsəbə statusu alana qədər Ərkivan kəndində az da olsa abadlıq-quruculuq işləri aparılırdı.
Qəsəbə statusu alandan sonra Masallı rayon İH-nin rəhbərliyi tərəfindən Ərkivanda abadlıq-quruculuq işləri genişləndirilmək əvəzinə yaddan çıxarıldı. Demək olar ki 14 il ərzində qəsəbəmizin bir neçə sahibkarlarının şəxsi təşəbbüsü sayəsində qismən abadlıq-quruculuq işləri aparılıb.
Turizm zonası olan Cənub bölgəsində Masallı-Yardımlı magistral yolunun üzərində yerləşən 13 məhəlləsi, 22.94 kv km sahəsi, 18.200 əhalisi, 18 ŞƏHİDİ, 40-dan çox alim, professor, akademik və sair olan qəsəbəyə rayon rəhbərliyinin laqeyd münasibətinin səbəbini anlamaq olmur.
Hal-hazırda Masallı rayonu ərazisində bütün küçə və prospektlər asfaltlansa da Ərkivan qəsəbəsi arxa planda saxlanılır.
Dəfələrlə qəsəbənin yollarını sakinlərin şəxsi vəsaiti hesabına təmir etdirsək də yenə dagıntılara məruz qalır.
Hörmətli cənab Prezident İlham Əliyev! Ərkivan qəsəbəsinin abadlaşdırılmasına, gənclərimizin asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılmasına, idman zallarının və meydançalarının təmir-tikintisinə başlanmasına və bu işlərin nəzarət altında aparılmasına göstəriş vermənizi xahiş edirəm.