"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır"-ABŞ Prezidenti Donald Tramp


ABŞ Prezidenti Donald Tramp çərşənbə günü administrasiyasının bəzi ölkələrdən olan insanların Birləşmiş Ştatlara girişi qadağan edən siyahıya daha bir neçə ölkənin adının əlavə edilməsini elan etməyə hazırlaşdığını deyib.

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" - deyə, o, İsveçrənin Davos şəhərində jurnalistlərə bildirib.

7gun.org Amerikanın Səsinə istinadən xəbər verir ki, o, ölkələrin sayını və adlarını açıqlamayıb və detalların çox qısa müddətdə elan ediləcəyini bildirib.

Mövcud siyahıya İran, Liviya, Somali, Suriya, Yəmən, Venesuela və Şimali Koreya daxildir.

Dünya İqtisadiyyat Forumuna səfərinin sonunda mətbuat konfransı keçirən Tramp vətənində ona qarşı impiçment məhkəməsini "ifritə ovu" adlandırıb və səlahiyyətlərindən sui-istifadə iddialarının mərkəzində olan Ukrayna prezidenti Volodymir Zelenski ilə telefon danışığının "çox nəcib bir şəxslə çox qəbahətsiz söhbət" olduğunu deyib.

Tramp həmçinin Avropa İttifaqı ilə ticarət razılaşması əldə edəcəyini gözlədiyini və bu danışıqlara başlayacağını bildirib.