“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük”-Donald Tramp
Prezident Donald Trampın Əfqanıstana gözlənilmədən səfəri və ABŞ ordusunu ziyarət etməsi, orada radikal qrupun da atəşkəsə razı olduğuna inandığını deməsindən bir gün sonra, cümə günü Taliban Birləşmiş Ştatlarla sülh danışıqlarının bərpasına hazır olduğunu bildirib.Trampın Şükran Günü Əfqanıstana səfəri prezident olandan bəri bu ölkəyə ilk və Vaşinqtonla Kabil arasında məhbus mübadiləsindən bir həftə sonra 18 illik müharibənin sona çatmasına ümidləri artıran bir səfəri idi.
7gun.org-ın Amerikaninsesi.org-a istinadən məlumatına görə Tramp cümə axşamı Əfqaqnıstanda müxbirlərə “Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” deyib. “Biz onlara atəşkəs istədiyimizi demişdik, lakin onlar razı olmamışdılar. İndi isə onlar atəşkəs istəyirlər və mən bunun belə olacağına inanıram” - deyə, o bildirib.
Taliban liderləri Reuters xəbər agentliyinə qrupun keçən həftənin sonundan bəri Dohada ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirdiyini bildirib və əlavə edib ki, yaxın zamanda sülh danışıqları rəsmi olaraq bərpa oluna bilər.
“Bizim mövqeyimiz eyni olaraq qalır. Sülh danışıqları başlasa, dayandığı mərhələdən başlayacaq” - deyə, Mucahid Reuters xəbər agentliyinə bildirib.
Tramp Talibanla sülh danışıqlarını qrupun sentyabr ayında Amerika əsgərləri də daxil olmaqla, Kabildə 12 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini öz üzərinə götürməsindən sonra dayandırıb.