Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir


Yanvar ayının 12-də  “Facebook” sosial şəbəkəsində Xəyal Chef profilinin sahibi olan gənc oğlan canlı yayım açaraq özünü asmaq istəməsini yayımlayaraq intihar videosu yayıb.

Xəyal Chef intihar etməmişdən öncə: “Bu gecə hər şeyin sonu oldu. Ordan asılan onun mənə toxudu şeydir. Kiməsə görə bu sevgi intiharı ola bilər, kiməsə görə… O ipdən özümümü asdığım an hamınız dost, qardaş olacaqsınız. Yaşamağa bir şey qoya bilmirsənsə bir insanın önünə, yaşamağa dəymir. Həyat bunu tələb edir”. – sözlərini dedikdən sonra canlı yayım dayandırılıb” – kimi rabitəsiz sözlər dedikdən sonra video çəkiliş dayanıb.

7gun.org xəbər verir ki, Sozcu.az saytı “Azərbaycanda ŞOK hadisə: Gənc oğlan canlı yayım açaraq özünü asdı” – başlığı ilə hadisəni yayımladıqdan sonra, bu gün intihar videosunu yayımlayan Xəyal Chef Sozcu.az saytına yazaraq, intihar etmədiyini, “doğruluq, cəsarət” adlı oyun oynadığını deyib, “intihar” məlumatını yaydığı üçün Sozcu.az saytını məhkəməyə verəcəyini deyib.

Biz də öz adımızdan Xəyal Chefin intihar etmədiyinə sevinirik. Ancaq bununla yanaşı belə bir anormal hərəkətin cəmiyyət üçün təhlükəli bir hal yaşada biləcəyini də vurğulamağı özümüzə borc bilirik. Gənclərimiz bu gür mənasız işlər görməkdənsə, xalq üçün, dövlət üçün, özləri üçün faydalı işlər görməlidirlər.