Məktəb pəncərəsindən özünü atan yeniyetmə dünyasını dəyişib


Dünən Bakıdakı 162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü atan 8-ci sinif şagirdi bu gün şəhər kliniki mərkəzində dünyasını dəyişib.

7gun.org xəbər verir ki, bu barədə Turan-a uşağın anası bildirib.

O, hadisədə məktəb müdriyyətini təqsirli bilir.

Onun sözlərinə görə, qız həmyaşıdları tərəfindən təqib olunurdu, onunla kobud davranır və onu ələ salırdılar, məktəb müdriyyəti isə uşağı qorumaq üçün tədbir görmürdü.

Məktəb müdriyyəti isə iddia edir ki, məktəblinin intihar etməsinə ailəsində psixikasına mənfi təsir edən problemlər səbəb olub.