Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!


Zeynal Nağdəliyevin himayə etdiyi Rafil Hüseynov rayonu viran qoyub.

2012-ci ildə Masallı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin olunan Rafil Hüseynov yalnız şəxsi biznes və maddi imkanlarını daha da zənginləşdirməklə məşğul olmuş, əhalini ciddi narahat edən sosial və iqtisadi problemlərin aradan qaldırılması istiqamətində lazımi səviyyədə çalışmamışdır. Rafil Hüseynov və onun idarə etdiyi məmurların şəxsi maraq və tamahları əhali arasında haqlı narazılıq yaratmışdır. Rafil Hüseynovdan sonra onun yarıtmaz fəaliyyətinin zərər və ziyanlarını aradan qaldırmaq üçün uzun illər vaxt sərf olunacaq.

Sirr deyil ki, hətta rayon icra hakimiyyətlərinin başçılarını da yüksək vəzifəli şəxslər himayə edirək onların qanunsuz əməl və hərəkətlərinin ört-basdır edilmısinə şərait yaradırlar. Əhali arasında gəzən söz-söhbətlərə görə Rafil Hüseynovu da Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev himayə edir. Məhz buna görə də Rafil Hüseynov şəxsi mənafeyinə uyğun qaydada çalışır. Əgər deyilənlər həqiqətdirsə, Zeynal Nağdəliyev nə üçün böyük əhalisi olan bir rayonun sosial və iqtisadi inkişafdan məhrum olmasına şərait yaradır?

Masallı rayonundan Milli Məclisə təyin edilmiş deputatlar-Nəriman Əliyev və Elmira Axundova nə işlə məşğuldurlar? Onlar niyə əhalinin tələb və təkliflərinin, o cümlədən onları narahat edən problemlərin həlli istiqamətində əməli addımlar atmayaraq Rafil Hüseynova dəstək verirlər?

Masallı rayon Ərkivan qəsəbəsinin bir qrup sakini onların torpaq sahələrinin qanunsuz satılmasına etiraz olaraq video-müraciət yayıblar. 7gun.org olaraq həmin video-müraciəti təqdim edirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.