Ruslan Rəsulov öz sürücüsündən 5000 manat pul alıb?!
Bilərəkdən və ya bilməyərəkdən insan cinayət törədir və bu üzdən də layiq olduğu cəzanı çəkməyə başlayır. Cinayəti sübut olunandan sonra təbii ki, islah olunması üçün həbsxanalara göndərilir. Yəni, dövlət insanının tərbiyəsi və islahı üçün gərəkən addımları atır. Amma nə gizlədək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan həbsxana və təcridxanalarda heç də hər iş dövlətin qanunlarına, islah üsullarına uyğun aparılmır, bir növ adı çəkilən yerlər bazar qaydaları ilə işləyir, burdakı səlahiyyətlilər həm dustaqların, həm də onların yaxınlarının qanını sorurlar.7gun.org Sozcu.info-ya istinadən bildirir ki, ən acınacaqlı vəziyyət isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədəki2 saylı istintaq Təcridxanasında yaşanır və sanki bura gözdən, nəzarətdən uzaq, qanunların işləmədiyi bir qrumu xatırladır.
Burda baş verənləri anlamaq, bilmək üçün də ciddi axtarışa, fakt toplamağa ehtiyac qalmır. Təcridxananın qarşısında görüşə gələnlərlə qısaca söhbət bütün məsələlərə aydınlıq gətirir. Görüşə gələnlər tərəfindən bildirilir ki, bu təcridxanada bütün işlər bazar qaydalarına uyğun icra edilir. Onları dinlədikcə təcridxanada baş verən qanunsuzluqlar adamı dəhşətə gətirir. Deyirlər ki, soyğunçuluq ilk olaraq sovqat qəbulu və görüş otağından başlayır. Belə ki, valideyin həbs edilən övladı ilə görüşmək üçün ən azından 70-150 manat arasında pul verməlidir. Bu sövdələşmə baş tutmursatəcridxana rəisi Ruslan Rəsulov və onun əməliyyat üzrə müavini həbs edilən şəxsi hər hansı bir əsasla cərimə otağına kecirirlər.
Bundan başqa gələn valideyin bir yemək sumkasını kecirmək üçün ən azından 5-20 manat verməlidir. Qanunsuzluq bununla da bitmir. Ruslan Rəsulov hər hansı bir nəzarətcini gündəlik pullu xidmətə cıxartmaq üçün ən azından 3 min manat pul alır.
Daha bir biabırçı məsələ isə Təcridxananın daxilində həbs edilmiş şəxslə normal kamera alveridir. Yəni, şəraiti nisbətən yaxşı olan kamera üçün həbs edilən şəxs ən azından 2 min manat pul verməlidir. Bütün bunlar yetməzmiş kimi hər kameradan rəis müavini Emil Ağayev və rejim rəisi Şahin Əhmədov dövlətin işiqını həbs edilən şəxslərə satır və işiq pulu yığırlar. Əgər kamerada qızdırıcı istifadə edirlərsə hər kamera ayda 200 manat da əlavə pul verməlidir.
Ümumilikdə təcridxanada 75 kamera var. Təcridxanada qalıb cəza cəkmək üçün yəni təsərrüfat xidmətində saxlanılmaları üçün hər məhkum edilən şəxs bir ilinə 2 min manat verməlidir . Əgər məhkum edilən ən azından 3 il cəza alıbsa bu 6 min manat edir. Bu biznesi isə Ruslan Rəsulovun müavini tutduğu vəzifəyə görə savadı belə olmayanEmil Ağayev reallaşdırır.
Daha bir acınacaqlı fakt isə odur ki, Ruslan Rəsulov bu yaxınlarda 10 AO 499 dövlət qeydiyyat nişanlı xidməti maşını idarə etmək üçün nəzarətcidən 5 min manat pul alıb. Halbuki, ştatda sürücü olduqda nəzarətcinin xidməti avtomobil sürməyə ixtiyarı yoxdu. Bundan başqa hər bir nəqliyyat vasitəsinə yol vərəqəsi yazılmalı oıduğu halda yazılmır, dövlətin verdiyi yanacaq nəzarətcinin şəxsi maraqları üçün istifadə olunur və nəzarətci xidməti postda olmaq əvəzinə xidməti maşın ilə yemək daşımaqla və ya digər çirkin əməllərlə məşğul olur. Çünki Ruslan Rəsulova verdiyi 5 min manatı çıxarmaq və qazanmaq üçün hər yola əl atmaq məcburiyyətindədir. Hətta nəzarətci elə fikirləşirki, dövlətin maşınınıyanacağı ilə birlikdə rəis bunun şəxsi mülkiyyətinə verib.
Bütün bunlar az imiş kimi təcridxana daxilində dələduzluq da baş alıb gedir. Məhkumlar aldadılır və onlardan küllü miqdarda pul ələb edilir. Guya məhkəmə ilə danışırlar və cəzanı minumuma endirirlər. Bu iş isə rəisin göstərişi ilə şöbə rəisi Rəşad Rəhimova həvalə edilib. Bu da açıqca dələduzluqdur və birbaşa cinayət tərkibli əməldir.
2 saylı təcridxanada hüquq təhsili olmayan rəis müavini Emil Ağayevə məhkum edilən şəxslərin şəxsi işlərini məhkəməyə hazırlaması da qanunsuzluğun bir başqa təzhürüdür. Emil Ağayevin bu işi görə bilməməsi ucbatından həmin məsələ ilə səlahiyyəti, daha doğrusu bu işə aidiyyatı olmayan təsərrüfat rəisi Elşad Abbasov məşğul olur. Beləcə bina komendantı rəis və müavini Emil Ağayevin qanunu pozması və ya bacarıqsızlığı ucbatından səlahiyyət sahibi olur və çox sayda məhkumun həyatı ilə oynayır.
Bir nəfərin təcridxanadan vaxtından əvvəl şərti buraxılması üçünRuslan Rəsulov və onun müavini ən azından 3-5 min pul alır. Həmçinin məhkumlara təyin edilən aylıq maaşı saxta etibarnamə iıə hər ay ən azından 7 min manat Emil Ağayev poct vasitəsi ilə mənimsəyir. Qeydiyyat şöbəsində 2 zabitin olmasına baxmayaraq oranın məxfi işlərini yeməkxana müdiri erməni mənşəli Fira adlı qadın aparır. Narkotik vasitə və telefon satışına rəisin ən inandığı nəzarətci Nəriman Fəttahov baxır, o bütün günü korpusda rejim olan yerə getmək səlahiyyəti olmadığı halda acıq aşkar narkotik və telefon satır.Telefon ala bilməyən həbs edilmiş şəxslər yaxınları və valideyinləri iıə danışmaları üçün dəqiqəsi 1 manatdan pul ödədikdə danışırlar. Bu işlərə də rəhbərliyi rəis müavini Emil Ağayev edir. Özü də özünə yaxın nəzarətci Elfaq Qocayevin əli ilə. Dövlət tərəfindən verilən ərzaq məhsulları elə rəis müavini Emil Ağayevin təklifi, Ruslan Rəsulovun razılığı iıə Delfin marketdə satılır. Həm sürücü, həm nəzarətçi olan Ənvərli Ənvərin vasitəsi ilə təcridxanaya ayrılan yanacağın satılması və ayda tonlarla benzinin külli miqdarda pulaçevrilib rəisin və əlaltılarının cibinə axması da düşünməyə dəyər faktdır. Xatırladaq ki,Delfin market Nizami kinoteatrin yaninda yerləşir.
Ruslan Rəsulovun oğlu Gəncədə Xan bağına bitişik hərbi hissədə guya xidmət keçir. Söz yox ki, təcridxana ilə hərbi hissə qonşudu və əsgər hər an atasının qayğısını görür, himayəsi altında olur. O, istədiyi saatda evinə gəlib gedə bilir. Maraqlı fikir ortaya çıxır. Ölkənin birinci şəxsinin oğlu qanuni xidmət edir, ancaq türmə rəisinin oğlu parkın başındakı hərbi hissədə kef edir, bütün günü evdə, şəhərdə istədiyi kimi əylənir.
KİV haqqında qanunun tələbinə uyğun məsələ ilə bağlı qarşı tərəfin fikrini də öyrəndik. 2 saylı təcridxananın rəisi Ruslan Rəsulov yazıda göstərilənlərə münasibət olaraq bidirdi ki, bunların hamısı yalandır. Heç bir fakt reallığa söykənmir.
Söz slahiyyət sahiblərinindir. Təbii ki, kimin haqqlı olduğunu onlar müəyyən edə bilər.
P.S. Bizə təqdim olunan digər faktlarla bağlı araşdırmalarımız isə davam edir.