Hava şəraiti yanvar ayının 30-dək davam edəcək
Ötən sutkalarda Azərbaycan ərazisində hava qeyri-sabit olub, yağış yağıb, dağlarda və daqətəyi rayonlarıda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir.
Nazirliyin məlumatına görə, Ağdərədə (Ordubad) qar örtüyünün hündürlüyü 32 sm., Şahdağda 8 sm., Kırızda 5 sm., Xınalıqda 4 sm., Sarıbaşda və Daşkəsəndə 2 sm. olub
Ən çox yağıntı Lənkəran-Astara zonasında yağıb: 2-38 mm. Mərkəzi aran zonasında 2-14 mm., Naxçıvan Muxtar Respublikasında 5-21 mm. olub.
Qərb küləyinin gücü 15-20 m/s, aradabir 25 m/s. olacaq.
Sinoptiklərin məlumatına görə, yanvarın 30-da Bakıda və Abşeronda hava əsasən yağıntısız olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.
Havanın temperarturu gecə 2-4, gündüz 7-9 dərəcə olacaq.
Ölkə rayonlarında da yağıntı olmayacaq. Lakin çərşənbə günü bəzi şərq rayonlarında çiskin olacaq.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.