7gun.org tezliklə yeni "Sual ver" layihəsinə başlayır-AÇIQLAMA


Bu barədə saytın əməkdaşı Nasir Əliyev məlumat verib. Onun sözlərinə görə, sözügedən layihədə qonaq qismində iştirak edənlərə sualları yalnız oxucular verəcək.

"Belə ki, qonağın kim olacağı barədə bir gün öncə məlumat veriləcək. İzləyicilər vermək istədikləri sualı inboksa yazacaq və ya 7gun@mail.ru emailinə göndərəcək. Qonaq həmin suallar arasından seçilən 5 ən vacib sualı cavablandıracaq"-deyə Nasir Əliyev bildirib.

O, "Sual ver" layihəsinin bütün sahələri əhatə edəcəyini, həmçinin layihənin uzun ömürlü və uğurlu olacağına inandığını bildirdi.