Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır


Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edildikdən sonra mətbuat konfransı keçirərək gömrük xidmətində şəffaflığın təmin ediləcəyini, rüşvətxorluğun birdəfəlik aradan qalxacağını və xəyanət edənlərin ciddi cəzalara məruz qalacağını bəyan etmişdi. Onun mövqeyi haqlı olaraq birmənalı qarşılanmamışdı. Gömrük işçilərinin kimə və nəyə xəyanət edəcəyi Səfər Mehdiyevin açıqlamasında öz əksini tapmamışdı. Gömrük xidmətlərində rüşvət alma halları daha qabarıq şəkildə özünü büruzə verir, rüşvətalma açıq-aşkar həyata keçirilir. Gömrük keçid məntəqələrində rüşvət almaqdan ötrü insanları uzun növbələrdə gözləməyə və əşyalarını yoxlamaq adı altında saatlarla ayaq üstə durmağa məhkum edirlər. Şübhəsiz ki, Səfər Mehdiyevin gömrük keçid məntəqələrindəki acınacaqlı vəziyyətdən xəbəri vardır. Yaşanılan ağrı-acını görmək üçün Astara, Biləsuvar və “Qırmızı körpü” gömrük keçid məntəqələrini müşahidə etmək yetərlidir.

Gömrük keçid məntəqələrində dözülməz şəraiti yaradanlar gömrük şefi Səfər Mehdiyevə sədaqətlə xidmət edənlərdir. Səfər Mehdiyevin ictimaiyyətə açıqlamalarında göstərilən xüsusatlar gömrük keçid məntəqələrindəki reallıqla tərs mütənasibdir. Sefer Mehdiyevin Gömrük xidmıtində şəffaflıq yaradılacağına inamı varmı? İctimaiyyətə açıqladığı fikirlərin doğruluğuna şübhə etmir ki?!

7GUN.az vətəndaşların müraciətləri əsasında gömrük xidməti sahəsində araşdırmalarını davam etdirəcək.