Müxalifət liderləri arasında görüş olub


Müxalifətin birlik imkanları müzakirə edilib.

AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, Bozqurdların lideri İsgəndər Həmidov və VHP sədri Sabir Rüstəmxanlı arasında görüş keçirilib.

Sozcu.az xəbər verir ki, bu haqda AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində yazaraq məlumat verib.

"Müsavat partiyasının başqanı Arif Hacılı ilə görüşdüm. Müxalifətin əməldə, mübarizədə birliyinə nail olmaq yollarını, ölkədə köklü dəyişiklik uğrunda mübarizəni daha effektli təşkil etməyi müzakirə etdik. Yaxşı söhbətimiz oldu. Müxalifətdaxili əməkdaşlıq və birlik imkanlarını artırmaq üçün səylərimiz davam edəcək.

P. S. Sonda İsgəndər Həmidov və Sabir Rüstəmxanlı da söhbətimizə qoşuldu".
Müxalifət liderləri arasında görüş olub

Müxalifət liderləri arasında görüş olub