Selofan paketlərin ziyanlı olduğu iddia edilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hazırda satış nöqtələrində istifadədə olan selofan paketlərin insan orqanizminə və ətraf mühitə ziyan vurduğunu deyib. Nazrilik sözçüsü bu barədə noyabrın 30-da keçirilən mətbuat konfransında bildirib.

"Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi pinqvin adlandırılan selofan paketlərdə qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil, ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur", - deyə İ.İbrahimova bu selafon paketlərin ziyanlı olduğunu iddia edib.

Mətbuat katibi hər kəsi selofan paketlərdən imtina etməyə və bununla da ətraf mühitin qorunması istiqamətində mühüm addım atmağa dəvət edib.

Mətbuat katibi bundan çıxış yolu kimi vaxtilə kağız torbalardan, həsirdən toxunan zənbillərdən istifadə edildiyini vurğulayıb.

Xatırladaq ki, qadlaşdırıma vasitəsi kimi selafon paketlərdən kütləvi istifadə

XX əsrin 90-cı illərinin sonuna təsadüf edir, belə ki, supermarketlər şəbkəsinin genişlənməsi bu paketlərdən istifadəni də tələbata çevirib.