"Təqib olunan jurnalistlərin real sayı məlumat verildiyindən daha çoxdur"- Sevinc Osmanqızı
Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla Beynəlxalq Mübarizə Günündə Vaşinqtonda Azərbaycanda media azadlığının vəziyyətinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə çıxış edən azərbaycanlı jurnalistlər (hazırda ABŞ və Avropada yaşayanlar) Azərbaycan hakimiyyətini ölkə həbsxanalarında saxlanılan 14 jurnalist və blogerin təhlükəsizliyinin təmin edilməsi üçün real addımlar atmağa çağırıblar. Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, 2005-ci ildən jurnalistlərin qətlinin üstü açılmamış qalır. Belə ki, hökumət 2005-ci ildə güllələnmiş jurnalist Elmar Hüseynovun qətlinin üstünü aça bilməyib.
"Tbilisi küçələrində jurnalisti oğurlamağı bacaran hakimiyyət Elmar Hüseynovun Gürcüstanda gizlənmiş qatillərini tapa bilmir", - jurnalist, region ölkələri üzrə mütəxəxsis Aleks Raufoğlu bildirib.
"Jurnalistlərin qatilləri məhkəməyə cəlb olunmursa bu, təkcə qurbanlara qarşı ədalətsizlik deyil, həm də onun həmkarlarına böyük təhlükədir, - o əlavə edib.
Women's Media Watch Azerbaijan təşkilatından Sevinc Osmanqızı diqqəti ona yönəldib ki Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Bakıda jurnalistlə söhbətində deyib ki, azərbaycanlı jurnalistlər xoşbəxtdir ki, Azərbaycan vətəndaşlarıdır, Səudiyyə Ərəbistanı yox.
"Əslində özünü xoşbəxt hiss etmək üçün əsaslar çox deyil. Təqib olunan jurnalıstlərin real sayı məlumat verildiyindən daha çoxdur. İyul hadisələri - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd və ölkə boyunca elektrik enerjisi kəsildikdən sonra enerji böhranı müstəqil jurnalistlərə qarşı yeni təzyiq dalğasının başlanğıcı oldu", - o vurğulaylb.
4 redaktora qarşı cinayət işi qaldırılıb, baş prokuror Zakir Qaralov isə bildirib ki, bəzi jurnalistlər, bloger və fəalların barəsində İnterpolun xəttilə axtarış elan edilib. "Gəncə hadisələri haqda danışanlar terrorçu kimi qələmə verilir", - S.Osmanqızı qeyd edib.
"Hökumət hadisələrlə bağlı rəyini dəfələrlə dəyişib, jurnalistləri rəsmi xəttə əsaslanmamaqda ittiham edib", - o vurğulayıb.
"2018-ci seçki ilində onlayn-təqiblər davam edib. Hökumətin sponsorluq etdiyi trollinq qorxutma, alçaltma, repressiya aləti olub. Hörmətli insanlar nifrət və şəxsi təhqir obyektinə çevriliblər.
Bu yaxınlarda yaradılan "Real" TV media-resursu Azərbaycanın hüdudlarından kənardakı jurnalistlərə və blogerlərə açıq şəkildə hücum edərək onların ekstradisiyasına və həbsinə çağırıb.
Televiziya kontentinə nəzarət etməli olan rəsmi qurum Milli Televiziya və Radio Yayım Şurası bütün bunlara göz yumur", - S.Osmanqızı vurğulayıb.