“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar


Məmur övladlarının dəbdəbəli yaşayışları cəmiyyət tərəfindən ciddi qınaqlara tuş gəldiyi bir zaman da, Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə xeyli müzakirə səbəbinə çevrilib.

Sosial şəbəkədə yayılan məlumatlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.

7gun.org bildirir ki, yayılan fotolarla bağlı şərhdə bunlar qeyd edilir: “Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar. Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub”.

Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlu əgər bu qədər varlana bilirsə, başçının gəlirləri, mülkləri mütləq dövlət tərəfindən araşdırılmalıdır. Səməd Cəbrayılov əmi “nəvazişi” ilə bu qədər maddi imkana sahib olan yeganə məmur qohumu deyil.

Feysbuk sosial şəbəkəsində paylaşılan xəbərə ən maraqlı münasibət bu olub: Bir vaxtlar corab almağa pul tapmayan məmur qohumları indi xəzinə tapıblar? Hardandır olarda bu qədər varidat?