ABŞ Avropaya Rusiyanın enerji resurslarından imtina etməyi təklif edib


ABŞ-da Avropaya enerji sektorunu diversifikasiya etmək üçün Avropanın enerji layihələrini maliyyələşdirmək məqsədi ilə 1 milyard dollar ayırmağı təklif edən qanun layihəsi təqdim olunub.

"Bloomberg" xəbər verir ki, layihəni Respublikaçılar Partiyasından senator olan Ron Conson və və demokrat Kris Mörfi təklif ediblər. Agentlik yazır ki, vəsaitlərin ayrılması Avropaya Rusiyanın təsiri qarşısında ayaqda qalmağa kömək göstərəcək.

"Avropanın çox hissəsi Rusiyanın enerjisinə güvənir", - K.Mörfinin bəyanatında deyilir.

Senatorun fikrincə, ABŞ-ın müttəfiqlərinə yeni enerji mənbələri tapmaqda kömək etmək rəsmi Vaşinqtona Rusiyanın Avropaya nəzarətini pozmağa və ABŞ-da iş yerləri yaratmağa imkan verəcək.

REPORT.AZ