İdarə rəisi jurnalisti hədələyir


Bir neçə gün öncə Masallı Su kanal idarəsinin rəisi Akif Həmidovla bağlı paylaşım etmişdim. Mövzu rüşvətxorluq və korrupsiya ilə əlaqəli idi. Deyəsən həmin paylaşım idarə rəisinin xətrinə dəyib?! O, məni döydürməklə, maşınının arxasına bağlatdırıb sürüməklə hədələyir.

Bunu jurnalist Cavid Şirəliyev özünün Facebook hesabında yazıb.


“Burdan ona demək istəyirəm ki, sən rüşvət və dövlət vəsaitlərini mənimsəməklə milyonlar qazana bilərsən. Ancaq hər istədiyini edə bilməzsən. Unutma! Zamanı çatanda sən də məşər ayağına çəkiləcəksən. Əməllərinə görə cavab verməli olacaqsan. Yığdığın milyonlar səni xilas etməyəcək. Bundan tam əmin ola bilərsən.

Yeri gəlmişkən deyim ki, Akif Həmidov rəhbərlik etdiyi Masallı Su kanal idarəsində 30-dan çox “ölü can” saxlayır. Yəni, adları olub, özləri işdə olmayan işçilər var. Onların maaş kartları idarənin rəisi Akif Həmidovun cibindədir. Və bunu rayonun rəhbər şəxləri də bilir. Sadəcə maraq olduğu üçün bütün bunlara göz yumulur. Beləliklə 80 nəfərin görməli olduğu işləri Akif Həmidov 15-20 nəfər arasında bölüb. İşçilər də səslərini çıxara bilmirlər. Aidiyyatı dövlət orqanları da bunları bilir. Ancaq...”-deyə, o, qeyd edib.

Tarix: 15.10.2022