Masallı Su kanal idarəsində pul adamın üstünə leysan kimi yağır
Milyonlarla pulları var. Sərvətlərinin sayı-hesabı bilinmir. Ancaq yenə də göz doymur ki, doymur... Bunun adı acgözlük deyil, bəs nədir?! bəli, söhbət Masallı Su kanal idarəsinin rəisi Akif Həmidovdan gedir. Onun böyük qardaşı, cənub bölgəsinin pambıq “baronu” kimi tanınan Bahəddin Leysanov, qardaşı oğlu isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Pilisi İdarəsinin yüksək rütbəli zabiti Afiyəddin Leysanovdur. Soy adları fərqli olsa da, Bahaddin Leysanovla Akif Həmidov doğma qardaşdır. Bu sözləri jurnalist Cavid Şirəliyev öz Facebook hesabında yazıb: “İnsanlar arasında belə bir söhbət gəzir ki, “Bərkgedən” Bahəddin Leysanova arxayın olan Akif Həmidov qanunları heçə sayır. Nəyi necə bilirsə elə də edir. “Kor atı minib köndələn çapan” Akif Həmidovun elə də dərin savadının olmadığı bildirilir. Ancaq buna baxmayaraq, o, qardaşına görə bir neçə yerdə rəhbər vəzifələrdə işləyib. Nə olsun ki, savadı yoxdur. Rüşvət almağı və dövlət vəsaitlərini mənimsəməyi, həmçinin əldə etdiyi gəlirdən lazimi yerlərin haqqını vaxtı-vaxtında çatdıra bilirsə, demək kimlərəsə görə bacarıqlı, eyni zamanda çox ağıllı adamdır.
Hazırda Masallı Su kanal idarəsinin rəisi olan Akif Həmidovla bağlı ictimaiyyət arasında dolaşan çox ilginc məlumatlardan bir də onun rayon ərazisində fəaliyyət göstərən obyekt (Otel, Restoran, Çörək bişirmə sexləri, Kafe və Avtoyuma yerləri) sahiblərindən aylıq müxtəlif məbləğlərdə pul almaqla, onlara “levi” su verməsidr. Yalnız sahibkarlara “levi” su verməklə Akif Həmidova hər ay yüz mindən çox pul gəlir. Onun gəlirləri bunula bitmir ki... Masallı Su kanal idarəsində pul adamın üstünə leysan kimi yağır.
Viləş çayından götürülən su dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsit hesabına müxtəlif qurğular vasitəsi ilə təmizlənir ona görə ki, Akif Həmidov kimilər həmin suyu “levi” satıb, pulları öz ciblərinə qoysunlar? Dəhşətdir, vallah...”-deyə, o, qeyd edib.
Tarix: 07.10.2022