COP29-dan sonra hansı nazirlər "vurulacaq"?
Hakimiyyət komandasında dəyişikliklər olacaq. Hökumətdə təmsil olunan 3 nazir vəzifəsi ilə vidalaşacaq.7GÜN XƏBƏR xəbər verir ki, bu barədə iqtidar komandasındakı mənbədən məlumat verilib. Bildirilib ki, hökumətin tərkibində dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, kadr dəyiıiklikləri bu ilin noyabrında keçiriləcək dünya əhəmiyyətli COP29 tədbirindən sonra gerçəkləşəcək.
"Yeni Sabah" karyerası ilə vidalaşacaq nazirlərin adlarını dəqiqləşdirə bilib. Məlum olub ki, hökumətin 3 nüfuzlu üzvü - Maliyyə naziri Samir Şərifov, Elm və təhsil naziri Emin Əmrullayev və Mədəniyyət naziri Adil Kərimli karyeralarının son günlıərini yaşayırlar. Onlar COP29 tədbirindən dərhal sonra, ən gec 2025-ci ilin əvvəlində tutuduqları vəzifələrdən azad ediləcəklər. vakansiyalar
Məlumatlı şəxs hər 3 nazirlə bağlı siyasi qərarın verildiyini bildirib. Qeyd edib ki, bununla bağlı rəsmi məlumat Bakıda keçiriləcək dünya əhəmiyyətli tədnbirdən sonra elan ediləcək.