Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəlib


Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, nazir bu barədə "Facebook" səhifəsində paylaşım edib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla şam yeməyi yeyəcək. Peter Siyarto bildirib ki, o sabah biznes forumda, İqtisadi Komitənin iclasında iştirak edəcək.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfər edəcək.

Macarıstan nümayəndə heyətinin ölkəyə səfəri çərçivəsində sabah Azərbaycan və Macarıstan Hökumətlərarası Komissiyanın iclası olacaq, ikitərəfli sənədlər imzalanacaq.

İclasdan sonra Komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun brifinqi, Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.