Alen Simonyan Ermənistan Prezidentinin səlahiyyətlərinin icrasına başlayıb
Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident səlahiyətlərinin icrasına başlayıb.
Aysor.am saytı xəbər verir ki, o, konstitusiyaya uyğun olaraq, yeni prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini icra edəcək.
Spiker səlahiyyətlərini isə vitse-spiker Akop Arşakyan icra edəcək.
Ermənistan parlamenti bu gün Prezident Armen Sarkisyanın istefasını təsdiqləyib.