Tokayev Qazaxıstanda vəziyyətin tam sabitləşdiyini açıqlayıb


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında ölkədə vəziyyətin tam sabitləşdiyini və asayişin bərpa olunduğunu bəyan edib.

Bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Bəyanatda qeyd olunub ki, hazırda ölkədə vəziyyət tamamilə sabitləşib, asayiş bərpa olunub: ‘Dövlət, cəmiyyət və fərdi mühafizə səviyyəsinin yüksəldilməsi üçün bütün tədbirlər görülür’.