Beynəlxalq təşkilat jurnalistlərin etiraz aksiyasını dəstəklədi
"Sərhədsiz reportyorlar" Azərbaycanda "Media haqqında" yeni qanuna etiraz edən jurnalistləri dəstəkləyir. " 7GÜN XƏBƏR " -in Turan -a istinadən məlumatına görə, bu barədə təşkilatın "Tvitter" hesabında məlumat yayılıb.
"Sərhədsiz Reportyorlar" parlamentin qarşısında mitinq keçirərək media haqqında qanun layihəsinə etiraz edən və deputatları onu qəbul etməməyə çağıran jurnalistləri dəstəkləyir! Hazırkı formada bu qanun jurnalistlərə korrupsiyaya qarşı araşdırmalar aparmağa imkan vermir", - tvitdə qeyd edilib.