Arif Hacılı: - “Namizədliyin irəli sürülməsi mərhələsi irəlidədir”
“Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün hazırlıq işləri görülür. Qurultayın gününün təyin edilməsi hazırlıq işlərinin gedişindən asılıdır”7gun.org xəbər verir ki, bunu “Report”a açıqlamasında partiyanın başqanı Arif Hacılı deyib.
O qeyd edib ki, ilin sonuna kimi qurultayın keçirilməsi nəzərdə tutulur.
“Partiyanın növbəti qurultayında nazmidəliyinizi irəli sürəcəksinizmi?” sualına A.Hacılı “Namizədliyin irəli sürülməsi mərhələsi irəlidədir” - deyərək cavab verib.
Xatırladaq ki, partiyanın sonuncu qurultayı 2014-cü ildə keçirilib, səsvermə ilə Arif Hacılı partiyanın başqanı seçilib. Bu ilin onun səlahiyyət müddəti başa çatır.