Daha bir jurnalist "Toplum TV" işi üzrə polisə çağırıldı


7GÜN XƏBƏR xəbər verir ki, kanalın əməkdaşı Günel Manaflı dindirilmə üçün bu gün sat 10-da Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.

Qeyd edək ki, bu ilin mart ayında polis əməkdaşları "Toplum TV"nin ofisində əməliyyat keçiriblər. Redaksiyanın bir neçə əməkdaşı saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb.