Aysun İsmayılovanın atası hansı deputatdır? - BİLİNMƏYƏN FAKTLAR


Tanınmış saytların birində müğənni Aysun İsmayılova haqqında geniş yazı dərc edib. Yazıda onun dünyaya gəlməsindən tutmuş ikinci dəfə ailə həyatı qurmasına qədər hər şey ətraflı yazılıb.

Bütün bunları başa düşdük. Bəs nə üçün Aysun İsmayılovanın atası barədə heç bir məlumat verilmir?

Aysun İsmayılova verlişlərin birində atasının onu övlad kimi qəbul etmədiyini deyib:

“Atam yanımdan keçsə, onu tanımaram. Onu 14 yaşımda axtarıb tapdım, amma məni qəbul etmədi. Dedi ki, mən səni istəmirəm. Sən adlı övladım yoxdur. Niyə belə dediyini bilmirəm. Üstündən bir müddət keçəndən və mən modelyer, müğənni kimi tanınandan sonra başqa adamlar atamın adından nənəmə, anama zəng etdi ki, atası Aysunu görmək istəyir. İndi Aysunun pulu var deyə görmək istəyirsən?

Aysun İsmayılovanın bu açıqlaması boş söhbətdir. Onun atası ölkədə tanınmış və çox geniş imkanlı şəxslərindəndir. Qısaca olaraq deyək ki, Aysun İsmayılovanın atası hazırda da Milli Məclisin deputatıdır.

Hətta bir neçə dəfə Rəqsanə İsmayılova efirlərdə övladı Aysun İsmayılovanın atasının kimliyi barədə açıqlama verəcəyini deyib. Ancaq sonra mövzunu bağlayıb. Maraqlıdır, görəsən niyə? Geniş araşdırmanı yaxın vaxtlarda təqdim edəcəyik.

Aygün