Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub! -TƏFƏRRÜAT
AzTv sədri Rövşən Məmmədov vəzifəyə təyin olunandan bəri onun barəsində mətbuatda yazılanların ardı - arası kəsilmədi. Bəziləri bu yazarları və yazılanları qınadı ki, Rövşən Məmmədova qarşı şər-böhtan atılır, filan-behməkan... Lakin onun AzTv sədri qismində gördüyü işlər göz qabağındadır. Sözün əsl mənasında göz qabağında!Gəlin sizə bir reallığı təqdim edim: bu adam faktiki olaraq dövlətin hərbi-siyasi qalibiyyətlərinin təməlində başqalarının onun efiri üçün yazılmış fikirləri konsepsiyasında "əsaslandırmağa" cəhd edir! Daha sadə dillə desək, sən demə, "roşka" özünün "sanballı", "əl-qollu", sürətli sağa-sola başyellədən fikirlərini "şərh" etməsəymiş, heç bu günkü qalibiyyətlərin də dadı-duzu olmayacaqmış (?!)
Amma hələlik haşiyəyə çıxmamış qayıdaq bəzi yaddan çıxmayacaq məsələlərə. Bir neçə il bundan qabaq işdən çıxarılan Səidə Məmmədovanın AzTv-nin giriş qapısında özünü yandırması, yüzlərlə işçinin haqsız olaraq işini itirməsi və bu kimi bənzər digər faktlar. Axı bunlar şər deyil, axı bunlar böhtan, şantaj, sabotaj cəhdləri deyil, bunlar əlazrət danılmaz FAKTLADIR!!!
Niyaməddin Quliyevdən elə xəbərlər çıxacaq ki......Nə də heç kimin nə vaxtı, nə də marağı yoxdur ki, zamanında müstəqil TV-lərin birində idman xəbərlərini oxuyan Rövşən Məmmədova şər atmağa...
Bə isə... qayıdaq mətləbə. Bu yaxınlarda işindən uzaqlaşdırılan AzTv-nin maliyyə və mühasibat uçotu departamentinin keçmiş rəisi Niyaməddin Quliyev öz yaxın çevrəsində işdən çıxarılmasının əsl səbəbini danışıb. Yaxın vaxtlarda Niyaməddin Quliyevin dilindən çıxan o kəlmələri də oxucularımıza təqdim edəcəyik. AzTv-də sədrin yaxın ətrafının, daha doğrusu həyat yoldaşının tapşırdığı adamların aldığı maaş və qonararlar barədə internetdə kifayət qədər tutarlı məqalələr dərc olunub. Yenidən bu mövzuya qayıdıb həmin dələduzları şərəfləndirmək kimi bir niyyətimiz də yoxdur... Gec olmayaraq ən dəhşətli faktlara istinad edək.
BELƏLİKLƏ..!Vaxtılə AzTv- də çalışan xanımın elektron poçt ünvanımıza göndərdikləri qanımızı dondurdu. Qeyd edək ki, şikayətçinin özündən sonra uzun illər qızı da AzTv- də çalışıb. Qızının da oradan uzaqlaşmasına səbəb Rövşən Məmmədovun həyat yoldaşının adamları olub. Belə ki. həmin adamlar AzTv-yə gələndən kollektivin köhnə əməkdaşlarını gözümçıxdıya salır, dövlət, milli maraqlar və azərbaycançılıq xarakterli verilişlərinin bağlanmasına səbəb olur!!!
Rövşən Məmmədovu bildik, bəs "bala Rövşən" kimdir?Və nəhayət: indi də gələk televiziyada "at oyanadan" Həmidağa Əsədzadəyə. Ona şirkətdə Həmid deyirlər. AzTv-nin keçmiş sədri Arif Alışanovun dövründən qalan həmin bu Həmidin o illərdə demək olar televiziyada heç bir fəaliyyəti olmayıb. İnternetdən copy- paste edib, bir -iki süjet hazırlayan bu fərdin ümumiyyətlə TV reallığından xəbəri yoxdur. Və ən maraqlısı isə budur ki, hazırda həmin Həmid AzTv-də televiziyada "bala Rövşən" təxəllüsü ilə tanınır...
Xüsusi layihələr studiyasının direktoru vəzifəsini, eləcə də sədrin rəsmi köməkçisi və televiziyada yüzlərlə verilişdən qonorar alır bu "bala Rövşən'...İstənilən şəxs bu yazını oxuyandan sonra Həmidağayla (Həmid) əlaqə saxlayıb ondan tərcümeyi-halını yazıb göndərməsini xahiş etsə o bunu bacarmayacaq. Elementar vatsap yazışmalarında bir cümləni doğru - dürüst yaza bilməyən Həmidağa bəs bu qədər vəzifəni necə tutub? Görünür bir neçə il əvvəl AzTv - də yoxlamalar olanda birinci sədri satdığına görə yuxarı dairələrdən bərk tapşırılıb. Hər halda Rövşən Məmmədovun bütün maliyyə maxinasiyalarını məhz Həmidağadan yaxsı bilən yoxdur.
Həmidağa "tendensiyası"Azərbaycan radiosunda çalışan xanım mənbəmizin verdiyi məlumata görə bu gün AzTv-də günləri qara olub. Dünyaca məşhur yarışma “Düşən pullar” televiziya şousunun çəkilişində iştirak etmək üçün radio və televiziyanın əməkdaşlarını hər dəfə çəkilişə məcburi qaydada aparırlar. Çəkiliş meydançasının Güzdək qəsəbəsində olması da ora gedən "günü qara" işçiləri bir tərəfdən daha da dilxor edib. Həmidağa radio və televiziyada tapşırıq verib ki, kim çəkilişlərə tamaşaçı qismində gəlməsə ona izahat yazdırılacaq. Buna bir növ Həmidağa "tendensiyası" da desək, yanılmarıq!
Görünür toxun acdan xəbəri yoxdur. Əməkdaşları məcburi çəkilişə aparan Həmidağa ayda 5-6 min AZN qonarar alır. Ora cəkilişə gedənləri isə kolbasa çörək və bir şüşə suyla aldadır. Bir daha qeyd edirik ki , Həmidağanın qonorardan da əlavə yüksək rəsmi maaşı var. Nə Həmidağanın, nə də Həmidağanın rəhbəri Rövşən Məmmədovun qətiyyən əməkdaşlarından xəbəri yoxdur.
Digər bir mənbəmiz də məlumat verir ki, orada çalışan texniki işçilərin və redaktorların aldığı qonorar minumum əməkhaqqından da aşağıdır!!! Halbuki dövlət rəsmi qaydada minimum əməkhaqqını elan edib.
Televiziya sahəsində çalışan və televiziyada heç bir uğura imza atmayan bəzi həmkarlarımız bu gün AzTv-də Rövşən Məmmədovun rəhbərliyi altında "qaz vurub qazan doldururlar". Görünür, Rövşən Məmmədovun haqqında yazılanlar bəzi aidiyyatı orqanlar tərəfindən hələ də ciddi nəzarətdə saxlanılmır.
Bu boyda dövlət televiziyasının sükanının tapşırıldığı fərdin daha hansı oyunlardan çıxması barədə növbəti yazılarımızda...
P S. Amma sonda da qeyd edək: bu o demək deyil ki , Rövşən Məmmədov və onun komandası , həyat yoldaşının əmisi və digər aidiyyaysız adamlar AzTv-nin altından girib üstündən cıxmalıdırlar. Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub!
Ramiq İlyasli
Yazıda adları çəkilən tərəflərin cavab haqqını tanıyırıq.
"Yeni Xəbər "