"Bakcell"dən imtina edənlərin sayı durmadan artır
Abunəçi qiymətlərin baha, xidmətin isə çox aşağı olduğu mobil operatorundan niyə istifadə etməlidir ki?Məlumdur ki, mobil operatorlar öz abunəçilərinin balansından əsassız pul silirlər. Məbləğ çox görünməyə bilər. Ancaq abunəçi sayı ilə oğurlanan məbləği hesablasaq, bu kifayət qədər böyük məbləğ deməkdir. Abunəçilərin balansından müxtəlif bəhanələrlə ən çox pul silən "Bakcell" mobil operatorudur.
Məhz belə şeylərə görə hazırda sözügedən mobil operatorunda abunəçilərinin sayı durmadan azalma vardır. Abunəçi sayının azalması təkcə pul silmələri bağlı deyil. "Bakcell" mobil operatoruda danışıq və internet qiymətlərinin baha olması ilə yanaşı, xidmətlərin keyfiyyətinin aşağı olması da abunəçilərin azalmasına səbəb olub.
Məhz buna görədir ki, son aylarda "Bakcell" mobil operatorundan imtina edənlərin və ya digər operatora keçənlərin sayı artır. Abunəçi qiymətlərin baha, xidmətin isə çox aşağı olduğu mobil operatorundan niyə istifadə etməlidir ki?
Mövzunu davam etdirəcəyik.
Aygün