"İydə Perfumery" insan orqanizmi üçün təhlükəli olan məhsullar satır
Heç kimə sirr deyil ki, ölkə bazarlarını saxta və keyfiyyətsiz parfümlər həddindən artıq çoxdur. İnsanların özləri də aldıqları məhsulin orjinal və ya saxta olduğunu bilmirlər. Parfumeriya dükanlarındakı satıcılar da satdıqları məhsulun orjinal olduğu sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Məlumdur ki, ölkədə əsasən parfümeriya işini "İdeal" və "Sabina" mağazalar şəbəkəsi həyata keçirir. Ancaq son illərdə buraya "İydə Perfumery" da daxil olub. Bu gün hansı parfümeriya və kosmetika mağazalar şəbəkəsinin məhsullarının daha çox satıldığını deyə bilmərik. Digər mağazalar şəbəkəsiylə müqayisədə "İydə Perfumery" mağazalar şəbəkəsində qiymətlər od tutub yanır. Sözügedən mağazalar şəbəkəsindən məhsul alan müştərilərin sözlərinə görə orada satılan istənilən məhsulun qiymətinin baha olmasına baxmayaraq, keyfiyyət çox aşağıdır. Hazırda ətirlərdən tutmuş kosmetikaya qədər hər bir məhsulun keyfiyyətində nöqsanlar aşkar olunur. Alıcılar maksimum dərəcədə ehtiyyatlı olsun. "İydə Perfumery" insan orqanizmi üçün təhlükəli olan məhsullar satır. Bu da müxtəlif dəri-zöhrəvi xəstəliklərin yaranmasına səbəb ola bilər. İnsanların bəziləri bunu bilir. Ona görə də onlar "İydə Perfumery" mağazalar şəbəkəsindən alış-verişdən imtina ediblər. Məhsullarının satılmadığını görən mağazalar şəbəkəsinin rəhbərliyi cüzi endirim kampaniyalarını dərhal işə salır. Mağazanın qapısına cəlbedici reklamlar vurmaqla əhalini mağazaya cəlb etməyə çalışırlar. Əsasən də şirnikləndirici endirimləri xüsusi günlərdə təşkil edirlər.
7GÜN XƏBƏR-ə daxil olan məlumata görə, təxminən 4-5 gün öncə adının çəkilməsini istəməyən bir nəfər "İydə Perfumery" mağazalar şəbəkəsinin Nizami Metrosu yaxınlığındakı dükandan ətir alıb. Satıcı ətirin orginal olduğunu, buna görə də qoxusunun uzun müddətli qalıcı olduğunu deyib. Alıcı ətiri aldıqdan bir neçə saat sonra aldandığını hiss edib. Məlum olub ki, aldığı ətir saxta olduğu üçün qoxusu satıcının dediyi kimi çox qalmayıb: "Satıcı mənə almaq istədiyim ətrin orginal olduğunu və buna görə də qoxusunun çox qaldığını dedi. Mən ətri aldım. Dükandan 5 dəqiqə idi ki, aralanmışdım. Hiss elədim ki, ətrin qoxusundan əsər-əlamət yoxdur. Bundan sonra ətri vurduğum yerlərdə qızartı əmələ gəldi və qaşınma başladı. Mən, dərhal həmin dekana qayıdıb, vəziyyəti onlara izah etdim. Aldığım ətri geri qaytarmaq istədikdə, kobud münasibətlə qarşılaşdım. Əlavə söz-söhbətin olmaması üçün ətri satıcıya verib, pulunu da almadan dükandan çıxmalı oldum".
"İydə Perfumery"dən satdıqları məhsulların keyfiyyət sertifikatının olub-olmadığını öyrəndik. Deyilənə görə bütün məhsulların keyfiyyət sertifikatı mövcuddur. Yəni, sözügedən parfumeriya mağazalar şəbəkəsi özlərini təmizə çıxarmaq üçün hər şeyin yaxşı olduğunu dedilər. Kim öz ayranına turş deyər?
Əksər böyük şirkətlər kimi "İydə Perfumery" mağazalar şəbəkəsində vergidən və digər dövlət ödənişlərindən yayınma hallarının olması barədə məlumatlar vardır.
İnsanların həyatı üçün təhlükə yaradan "İydə Perfumery" mağazalar şəbəkəsi hansı oliqarx-məmura məxsusdur?
Mövzuya qayıdacağıq.
AyTac