Prezident Ali Avrasiya İqtisadi Şurasının iclasında Zəngəzur dəhlizi barədə danışıb
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşir.7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.
“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:
“Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.