Vitse-prezident Azərbaycan-Ermənistan məsələsinə də toxunub: Qəti qərarlar verməliyik


“Türkiyə dövləti Azərbaycan-Ermənistan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə sürətli və qəti qərarlar qəbul etməyə borcludur”.

7GÜN XƏBƏR-in məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Fuat Oktay Türkiyədəki mövcud siyasi sistemlə bağlı məsələyə də toxunub.

O qeyd edib ki, mövcud prezident üsul-idarəsi sistemi ən effektivdir.

F.Oktay əlavə edib ki, hazırkı sistemdə yekun qərarı dövlət başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.

Mənbə: Haberturk