İbrahim Hümbətov illər öncə bu kafedən niyə pul tələb edirmiş?
Şəkildə gördüyünüz bu şəxs(iyyətsiz) İbrahim Hümbətov barədə bir həftə əvvəl qısa məlumat vermişdik. O, bəzi hallarda özünü İbrahim Qarabağlı və İbrahim Qubadoğlu kimi də təqdim edir. Onun sosial şəbəkələrdə hələ illər öncə bir kafedən pul tələb etdiyi barədə video var.Azerinfo.az, Azerinfo.media. Azerinfo.tv saytlarının təsisçisi və baş redaktor olan "jurnalist" İbrahim Hümbətovun ali təhsili yoxdur. Adi bir xəbəri sərbəst şəkildə yaza bilməyən biri baş redaktor ola bilərmi? Əlbəttə ki, yox! Mövcud qanunvericiliyin tələblərinə görə mətbu nəşrin baş redaktoru ali təhsilli olmalıdır. Bu mütləqdir.
Təklif edirəm ki, komissiya yaradılsın. İbrahim Hümbətov həmin komissiyanın qarşısında oturub istənilən hadisə barədə kiçik bir xəbər hazırlasın. Görək o, bunu bacaracaqmı? Əminliklə deyirəm ki, xeyir! İdarə, müəssisə və təşkilat rəhbərləri belə birinə niyə diqqət göstərib, ona pul verirlər? Ona pul verən şəxslərin də adları bizdə var. Bu və digər məsələlər barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Natiq