Türkiyə Ukraynada atəşkəsin davamlı olması üçün səylərini davam etdirəcək


“Ukraynada mülki əhalinin təxliyəsi üçün elan edilən atəşkəsi məmnuniyyətlə qarşılayırıq”.

NTV-yə istinadən, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Atəşkəsin davamlı olması və sülh müzakirələrinin nəticə verməsi üçün Prezidentimizin rəhbərliyində təşəbbüslərimiz davam edəcək”, - Kalın vurğulayıb.