Çavuşoğlu: “Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinə qarşıyıq”


“Qardaşımla Ukraynadakı vəziyyəti də müzakirə etdik”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinə qarşıdırlar: “Bu müharibənin dayandırılması üçün səylərimizi davam etdirəcəyik. Eyni zamanda, vətəndaşlarımızın təxliyəsi ilə bağlı Azərbaycan və Türkiyənin əməkdaşlığı da davam edəcək”.