Gürcüstanın Ukraynadakı səfirliyi fövqəladə vəziyyət rejiminə keçib
Gürcüstanın Ukraynadakı səfirliyi fövqəladə vəziyyət rejiminə keçib.
Gürcüstan bürosuna istinadən, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Ukraynada gərginliyin artmasına dair yüksək ehtimalı nəzərə alaraq Gürcüstanın bu ölkədəki səfirliyinin fövqəladə hal rejiminə keçməsi qərara alınıb.