ABŞ-ın dövlət borcu ilk dəfə 30 trln. dolları keçib
ABŞ-ın məcmu dövlət borcu tarixdə ilk dəfə olaraq 30 trln. dolları keçib.
Bu barədə "The New York Times" xəbər verir, ABŞ Maliyyə Nazirliyinin məlumatlarında əks olunub ki, məcmu dövlət borcu 30,012 trln dollar təşkil edib. Bildirilir ki, ölkənin COVID-19 pandemiyasına qarşı yönəltdiyi trilyonluq xərclər, o cümlədən işsizlik müavinətləri, kiçik biznesə güzəştlər və yardımlar, borcla maliyyələşdirilən 5 trln. dollar həcmində olan stimulaşdırıcı ödəmələr dövlət borcunun artmasında əsas pay sahibi olub.
Bir çox iqtisadçılar qeyd edirlər ki, ABŞ iqtisadiyyatını bərpa olması üçün zəruri gördüyü yüksək borc alma həcmləri, ölkəni ÜDM-in 100%-ni üstələyən borc yükünə salıb.