Misir məhkəməsi 10 islamçıya ölüm hökmü verib


Bu gün Qahirənin Cinayət Məhkəməsi “Müsəlman Qardaşları” birliyinin 10 tərəfdarını təxribat fəaliyyətinə görə edam cəzasına məhkum edib.

Bu barədə “Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.
“Helyan Briqadaları” adlanan bu işdə ümumilikdə 215 nəfərin adı keçir.

Məhkəmə qərarında xüsusilə qeyd edilib ki, müttəhimlər 2013-cü ilin avqustundan 2015-ci ilin fevralına qədər dövlət sistemini sarsıtmaq üçün Qahirə və Giza əyalətlərində fəaliyyət göstərən yeraltı şəbəkəyə rəhbərlik ediblər, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər və dövlət əmlakına, əsasən də elektrik şəbəkələrinə ziyan vurublar.

Qeyd edək ki, bu hökm ilkin xarakter daşıyır və ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq respublikanın Ali Müftiliyinə göndəriləcək. Ali Müftilikdə hökm ya təsdiq edə, ya da rədd edilə bilər. Lakin onun qərarı məsləhət xarakteri daşıyır. Yekun hökm məhkəmənin iyunun 19-da keçiriləcək iclasında elan olunacaq.