Elşad Miri: “Gerçək budur ki, Mir Mövsüm ağa islamla bağlı hər hansı bir iş görməyib”
Günümüzdə Mir Mövsüm ağaya inananlar və onu bütləşdirənlərin sayı olduqca çoxdur. Kimiləri onun sadə bir insan olduğunu, kimiləri isə qeyri-adi güclərə sahib biri olduğunu və onun bir niyyət tutduğu zaman həyata keçdiyini deyir.Bəs həqiqətən də, Mir Mövsüm ağaya inanıb onu bu gün bütləşdirmək nə dərəcədə doğrudur?
7GÜN TV xəbər verir ki, bu barədə referans.az-a danışan ilahiyyatçı Elşad Miri deyib ki, Mir Mövsüm ağaya inananlar mənə eramızdan əvvəl oda və digər əşyalara ibadət edən şəxsləri xatırladır:
“Ümumiyyətlə bu heçkimə gizli deyil ki, bu gün Mir Mövsüm ağa adlandırılan şəxsə inananlar, ona ibadət edənlər və şəklinin qarşısında əyilənlər az deyil. Bunlar mənə sadəcə cahilliyi və avamçılığı xatırladır. Əslində belə bir hala biz Hindistanda rast gəlirik ki, onlar da Hinduizmdə tanrı hesab elədikləri Krişnaya sitayiş edirlər, ona inanırlar. Bu gün də Mir Mövsüm ağaya inanıb onu qəbrini bütləşdirən insanlar heç də Hindlilərdən geri qalmır. Hətta Mir Mövsüm ağayla bağlı insanlardan pul yığanlar, onun şəklinin sataraq pul qazananlar kifayət qədərdir. Adamın sağlığında başqa cür pul üçün istifadə edirdilər, öləndən sonra isə bir başqa cür istifadə edirlər. Ümumiyyətlə Mir Mövsüm ağaya inananlardan soruşmaq istərdim ki, heç bilirsinizmi o inanıb yerə-göyə sığdıra bilmədiyiniz şəxs heç ömründə bircə dəfə də olsun namaz qılıb və Quran oxuyubmu? Gerçək budur ki, Mir Mövsüm ağa islamla bağlı hər hansı bir iş görməyib və ömründə bircə dəfə olsun Quran oxuyub oxumadığı da sual altındadır. Sadəcə Ətağa anlayışı bu gün bəzi insanlar tərəfindən gündəmdə saxlanılır. Yəni qısacası biz həyatı haqqında çox az bilgiyə sahib olduğumuz, islamla bağlı hər hansı bir iş görməmiş və yaşadığı dövrdə sadəcə avtomobil ustası olduğu iddia edilən birinə niyə inanırıq. İslamda hər hansı bir şəxsə inanmaq anlayışı yoxdur. Yaradan təkcə Allahdır, inanmaq isəyirsinizsə sadəcə ona inanın və ona sığının”.