Lənkəran sakinləri: "Normal transformator məntəqəsinə ehtiyacımız var"

Lənkəran şəhəri "Böyük Bazar” ərazisində yerləşən transformator məntəqəsi (8020027 №li trasformator) dağılmış vəziyyətdədir.

7GÜN TV xəbər verir ki, bu barədə "Arqument.az"a Lənkəran sakinləri İmran Həsənov, Qədir Talışlı və Qüdrət Səlimov şikayət ünvanlayıb.

Onlar qeyd ediblər ki, məntəqənin dam örtüyü artıq yüngül yağıntını da saxlamır: "Normal qoruyucuları, qırılmayan qalın məftillər əvəz edir. Hər yüngül yağışda partlayışla birlikdə "qısa qapanmalara” adət etmişik. Normal transformator məntəqəsinə ehtiyacımız var".

"Varlı Azərbaycan dövlətinin məntəqəni bərpa etməyə imkanı yoxdursa, biz sakinlər pul yığıb köməklik edə bilərik. Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhramova dəfələrlə müraciət etmişik, ancaq nəticə yoxdur", - deyə onlar bildiriblər.

Sakinlər məntəqədə baş verəcək partlayış və yanğının təhlükəyə səbəb olacağını da istisna etmirlər.

Lənkəran Elektrik Şəbəkəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.