Astarada avtomobil qəzasında sərnişin həlak olub
Astarada yolsuzluq şəraitində yük avtomobili qəzaya uğrayıb.
Rayonun Pəlikeş kəndi ərazisində yolsuzluq şəraitində 1989-cu il təvəllüdlü Ələmdar Seyfəddin oğlu Əzizovun idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq yaşayış evinin həyətinə aşıb. Maşının yoldan çıxdığını görən sərnişin, sürücünün qaynı, rayonun Dürriyə kənd sakini, 1988-ci il təvəllüdlü Tarif Rakif oğlu Sovqatov özünü yük avtomobilindən çölə atıb. Nəticədə ağır bədən xəsarətləri alan sərnişin komatoz vəziyyətdə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Soltanov Reanimasiya şöbəsində dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhumun 3 övladı var.
Qəza nəticəsində xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır