Şikayətçi: “Nə vaxt bu problemləri həll edib əsəbimizlə oynamaqdan yorulacaqsız?”
Bakı, 25/02/2023, 7GÜN XƏBƏR Azercell Telekom MMC Azərbaycanın mobil rabitə sənayesinin lideridir!
Azərbaycanda da mobil rabitə ölkə iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarıdan biridir.
Postsovet məkanında ilk yerlərdən birini,beynəlxalq səviyyə üzrə isə təxminən 130-150-ci yerdədir.
1996-cı ildən fəaliyyət göstərir.İlk illərdə müştəri və abunəçilərin qisməndə rəğbətini qazansa da,son illərdə şirkət haqqında xoşagəlməz ifadələrə rast gəlirik.
7GÜN TV-nin məlumatına görə “Yeni Gundem” abunəçilərin illərdir ki, davam edən şikayətlərini bir araya toplayıb, MMC-in Mətbuat Xidmətinə zəng etməyə çalışdı.
Azercell-dən acıda olsa demək zəruriyyətindəyik ki, hər hansı cavab ala bilmədik.
Şikayətlər isə, müxtəlifdir.
Müstəqil Azərbaycanın azad vətəndaşı deyir ki, mobil operator qəpik-quruşumuda əlimdən alır.
Özgür vətəndaş deyir ki,balansımdan internet tarifinə görə,məbləğ çıxılsada paket aktiv edilməyib. Və.s.-şikayətlər bitmir və tükənmir.
Şirkətin müştərisi “Azercell”in feysbuk hesabında şərh bölümündə yazıb: “Siz öz internet sürətinizdən danışın, 4G-yə çevrilib guya. Ulaya-ulaya işləyir”.
4G yoxdursa niyə milləti aldadırsan?
Digər abunəçi onunla eyni fikirdədir:“Azercell, siz deyirsiniz 4G-nin keyfini sürün. Mən isə 4.5G işlədirəm, zəhmət olmasa bunu düzəldin. Bu nə biabırçılıqdır…”
Vətəndaş yazır biabırçılıqdır. Əslində elə deyil. Sadəcə biabır olan Azercell-in özüdür.
“Azercell” abunəçisi fırıldaqla üzləşib: “Gün ərzində 3-4 dəfə iki qəpik çıxır. Səbəbini aydınlaşdırmaq üçün şirkətə zəng vuranda düşmək olmur, hələ konturun yarısı da orada yoxa çıxır”.
3-4 qəpiklə hansı dəryalara qərq olmusan?
Abunəçi yazır ki, “Azercell” sürətdən danışır, amma Bakının mərkəzində – Nərimanovda internet 4G-də sürünür: “Nə vaxt bu problemləri həll edib əsəbimizlə oynamaqdan yorulacaqsız?”
Həsən Abbas isə deyir ki, abunəçilərin şikayətinə baxılmır: “2019-cu ilin martından şikayət etmişəm, hələ də düzəlməyib. Birinci pandemiyanı ortaya atdınız, dediniz işçi azdır, sonra müharibə bölgələrini düzəltməyi araya soxdunuz. Sizin işiniz biz abunəçiləri narazı buraxmamaq olmalıdır. Çünki biz olmasaq, “Azercell” işləməz. İşləmirsinizsə, deyin elə sim nömrəmizi qıraq, ataq getsin”.
Etiraz məktubları yanlız bunlardan ibarət deyil. Onların hamısını yazsaqda, dəyərli oxucularımı qıcıqlandıracağımızdan əminik.
İndi isə, deyiləcək heç nə yoxdur. Çünkü MMC deyilənlərə münasibət bildirməlidir.
Ümid edir ki, bizə hər hansı bir cavab veriləcək.
Vətəndaşların şikayətləri ilə bağlı yazılarımız davam edəcək.