"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır


Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti virtual SİM-kartların (eSİM) tətbiqi istiqamətində işlər aparır.

Bunu "Economics"ə "Bakcell"in baş icraçı direktoru Rainer Rathgeber deyib.
Onun sözlərinə görə, operatorun şəbəkəsi bu texnologiyanın tətbiqinə texniki olaraq hazırdır.
"Virtual SİM-kart və yaxud eSİM tətbiqi il bağlı biz hazırlıqlar həyata keçirirdik və növbəti illər ərzində o, artıq biznes standartına çevriləcək. Texniki olaraq biz artır bunu reallaşdıra bilərik. Bu səpkidə artıq işlər aparılır. Sadəcə, hələlik müəyyən tənzimləmə məsələləri mövcuddur, çünki hazırda müqavilələrin bağlanması onlayn qaydada həyata keçirilə bilməz", - deyə R. Rathgeber qeyd edib.