1-ci qrup əlil Emin Əhədovu niyə döyüblər?


Bu gün Masallı rayon sakini 1-ci qrup əlil Emin Əhədov hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən döyülüb.

Bu barədə 7GÜN TV-yə Emin Əhədovun atası Əhəd Əhədov məlumat verib. O, qeyd edib ki, artıq hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Əhəd Əhədovun sözlərinə görə hazırda həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1-ci qrup əlil Emin Əhədovun döyülməsi ilə bağlı rayonun hüquq-mühafizə orqanlarından heç bir məlumat əldə edə bilmədik.

Qeyd edək ki, 1-ci qrup əlil Emin Əhədov 29 may 2022- ci ildə də döyülmüşdü. Hazırda həmin fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə barədə ətraflı məlumat verəcəyik.