Emin Əhmədovun döyülməsi ilə bağlı araşdırma aparılır


Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb

7gun.org saytında dərc olunmuş “Əhəd Əhədov: "230 min əhalisi olan rayonda kriminal qruplaşmalar var" – sərlövhəli yazıda səsləndirilən iddialarla bağlı bildiririk ki, həmin faktla bağlı Masallı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb və araşdırma davam etdirilir. Bunu DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlamasında bildirib. O, qeyd edib ki, Emin Əhədovun aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün ilkin ekspertiza rəyi onun stasionar qaydada müalicə aldığı müddətdə verilib və müalicəsi artıq başa çatdığından əlavə ekspertiza təyin ediləcək. Həmin ekspertizanın rəyindən və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.