Bayden Ukrayna prezidenti ilə telefonla danışıb
ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, şənbə günü axşam Prezident Bayden ukraynalı həmkarına zəng edib. Görüş yerli vaxtla 18.18-də başlayaraq 18.50-də (Bakı vaxtı ilə 03.18 – 03.50) başa çatıb.