Kiyev: Rusiya ilə görüş Belarus-Ukrayna sərhədində olacaq


Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü Belarus-Ukrayna sərhədində olacaq.

Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Rusiya və Ukrayna nümayəndələrinin heç bir ön şərt olmadan Ukrayna-Belarus sərhədində, Pripyat çayının ərazisində görüşməsinə razılaşıbılar: "Aleksander Lukaşenko Ukrayna nümayəndə heyətinin yola düşmə, müzakirələr və geri qayıtması zamanı Belarus ərazisindəki bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair öhdəlik götürüb".