Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
Ukrayna Prezidenti Volodmir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı 50 dəqiqə davam edib
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Baydenlə Zelenski arasında telefon danışığı başa çatıb. Prezidentlər saat 11.06-dan 11.57-dək (Bakı vaxtı ilə 20.06 – 20.57) danışıblar.
Ukrayna Prezidenti Volodmir Zelenski və ABŞ prezidenti Co BAyden yaxın saatlarda təhlükəsizlik və deeskalasiya məsələsini müzakirə edəcəklər.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Nikiforov sosial şəbəkə hesabında bildirib ki, “yaxın saatlarda Ukrayna Prezidenti Volodmir Zelenski ABŞ prezidenti Co BAydenlə mövcud deeskalasiyanın diplomatik üsulla aradan qaldırılması yollarını müzakirə edəcəklər.”