ABŞ və Ukrayna hərbi rəhbərləri telefonla danışıblar


ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə telefonla danışıb.

Bu barədə Komitənin mətbuat katibi Devid Batler məlumat verib.
“Tərəflər Şərqi Avropada təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar. Ukrayna NATO-nun vacib tərəfdaşı olaraq Avropada və dünyada sülhün təmin edilməsində vacib rol oynayır” deyə Batler bildirib.