Zelenskinin ofisi: Rusiya və Qərb hərbi əməliyyatların qısa sürəcəyini düşünürdü


Rusiya və Qərb ölkələri Ukraynada hərbi əməliyyatların qısa müddət sürəcəyini düşünürdülər.
UNIAN-a istinadən, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak və “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya mətbuat konfransında deyib.
"Rusiya Federasiyası Ukraynada əməliyyatını planlaşdırarkən bu əməliyyatın çox qısa olacağını düşünürdü", - Podolyak bildirib.

Onun sözlərinə görə, indi ruslar Ukraynanın bir çox şəhərləri ətrafında uzun sürən döyüşlərlə üzləşiblər. Podolyak baş verənləri Avropanın mərkəzində humanitar fəlakət adlandırıb: "Təbii ki, hazırda Qərbdəki tərəfdaşlarımızın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar paketi onun üçün çox ağır nəticələr yaradır. Hətta bu gün onlar bu sanksiyaları ləğv etsələr belə, artıq Rusiya iqtisadiyyatına çox ağır təsir edib”.

Prezident Ofisi rəhbərinin müşaviri deyib ki, Rusiya tərəfi istənilən həll yoluna nail olmaq istəyir: “Aydındır ki, bu qərar Ukraynanın da maraqlarına cavab verməlidir”.

Araxamiya əlavə edib ki, Qərb ölkələri da bunu gözləmirdilər və bu səbəbdən Ukrayna ilk günlərdə yardım almadı: "Hamı düşünürdü ki, əməliyyat 3 gün ərzində tamamlanacaq, Ali Radada və Prezident Aparatında Rusiya bayrağı dalğalanacaq”.