Rusiya Ordusu Ukraynanın 1325 hərbi obyektinə zərbə endirib


Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynanın 1325 hərbi obyektini məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Ümumilikdə, indiyə kimi Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 1325 obyektini vurub. Bunlardan 43-ü Ukrayna Silahlı Qüvvələrinin idarəetmə məntəqələri və rabitə mərkəzləridir”, - Konaşenkov qeyd edib.