Ukraynada hərbi vəziyyət elan edilib
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət elan edib.
Bu barədə V. Zelenski bu gün səhər paylaşdığı qısa video müraciətində bildirib. O, vətəndaşları təmkinli olmağa çağırıb.
“Əziz Ukrayna vətəndaşları! Bu gün səhər Prezident Putin Donbasda xüsusi hərbi əməliyyat elan etdi. Rusiya bizim hərbi infrastrukturumuza və sərhəd keşikçilərimizə zərbələr endirdi. Ukraynanın bir çox şəhərlərində partlayışlar eşidildi. Biz bütün ölkə ərazisində hərbi vəziyyət elan edirik. Bir dəqiqə öncə mənim Prezident Baydenlə söhbətim oldu. ABŞ artıq beynəlxalq dəstəyi birləşdirməyə başlayıb. Bu gün hər biriniz təmkinli qalmalısınız. Bacardığınız təqdirdə evdə qalın. Biz işləyirik. Ordumuz işləyir. Müdafiə və təhlükəsizliyin bütün sektorları işləyir. Təşviş olmasın. Biz güclüyük. Biz hər şey üçün hazırıq. Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq ”, - deyə Zelenksi videomüraciətində bildirib.